“Din xadimlərinin II Forumunda respublikanın bütün bölgələri təmsil olunur”
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, Din Xadimlərinin Forumu tərkibinə görə digər ölkələrdə keçirilən forumlardan fərqlənir:
“Bu fərq ondan ibarətdir ki, forumda yalnız bir dini mənsubiyyətə və ya konfessiyaya aid din xadimləri deyil, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların və dini icmaların nümayəndələri iştirak edirlər. Forumda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə yanaşı, rus pravoslav və gürcü pravoslav kilsələrinin, lüteran kilsəsinin, eləcə də digər xristian dini icmalarının təmsilçiləri iştirak edir. Forumun məqsədi dini sahəyə dair aktual mövzuları müzakirə etməkdir”.
Naibə Məmmədova, Pərviz Allahverdiyeva, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта