RU

“Ukraynada referendum və prezident seçkiləri eyni vaxtda keçirilə bilər” - Zelenski

“Əgər Ukrayna, ABŞ, Rusiya və Avropa arasında sülh müqaviləsinin təsdiqlənməsi, imzalanacağı təqdirdə, ümumxalq referendumunun keçirilməsini tələb edərsə, bu, Ukraynada prezident seçkiləri ilə müşayiət oluna bilər. Bu, müqavilənin imzalanmasından ən tez 60 və ya 90 gün sonra baş verə bilər”.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

O qeyd edib ki, müharibənin sonu ilə bağlı layihə sənədinin 18-ci bəndi sülh müqaviləsinin imzalanmasından sonra Ukraynada mümkün qədər tez seçkilərin keçirilməsini nəzərdə tutur.

"Yəni, müqavilə imzalandıqdan sonra və ya müqavilənin icrası zamanı müəyyən bir məqamda Ukrayna Ali Radası Ukrayna Prezidenti seçkilərinin tarixi ilə bağlı səs verə biləcək. Məsələn, biz imzaladıq - və prezident seçkiləri keçirilə bilər. Biz burada problem görmürük", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
11
missiya.az

1Источники