RU

Rusiya 2036-cı ilə qədər Ayda nüvə elektrik stansiyası tikməyi planlaşdırır

Bakı. Trend:

Rusiya dövlət kosmik agentliyi “Roskosmos” 2036-cı ilə qədər Aysəthində nüvə elektrik stansiyası inşa etməyi planlaşdırır. Buməqsədlə Lavochkin Assosiasiyası aerokosmik şirkəti ilə artıqmüqavilə imzalanıb.

Trend xariciKİV-ə istinadla xəbər verir ki, yeni stansiya Rusiya Ayproqramının, o cümlədən, roverlərin, rəsədxananın və Rusiya ilə Çinarasında planlaşdırılan Beynəlxalq Ay Tədqiqat Stansiyasının enerjitəminatını qarşılayacaq.

“Roskosmos” bildirib ki, bu layihə daimi fəaliyyət göstərən elmiAy stansiyasının yaradılması və bir dəfəlik missiyalardanuzunmüddətli tədqiqat proqramına keçid baxımından mühümmərhələdir.

Qeyd edək ki, Korporasiyanın rəhbəri Dmitri Bakanov daha əvvəlməqsədlərinin yalnız Ayda nüvə stansiyası qurmaqla bitmədiyini,eyni zamanda Veneranın da elmi araşdırılmasının planlaşdırıldığınıbildirmişdi.

Избранный
66
7
az.trend.az

8Источники