RU

Azərbaycan benzini Ermənistanda - Qiyməti

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistandakı yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin satışı başlanıb.

Ermənistanın "Run Oil" yanacaqdoldurma məntəqələri şəbəkəsi Azərbaycandan tədarük edilən yanacağın satışına başlayıb. Ermənistanda yalnız iki şirkət Azərbaycan benzinini satacaq.

Medianın məlumatına görə, Ermənistanın Azərbaycandan 11 tanker (600 ton) benzin almış "Meqa Treyd" şirkəti dekabrın 23-dən etibarən "Run Oil" yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə onun satışına başlayıb.

Şirkətin direktoru Karen Ayriyan jurnalistlərə bildirib ki, ölkənin bütün bölgələrində benzinin litrinin qiyməti 430 dramdır (1,13 dollar). Üstəlik, bu, əvvəlcə elan edilən 440 dram (1,16 dollar) qiymətindən aşağıdır.

Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə 22 tanker yanacaq göndərilib. Benzin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən istehsal olunub. Müqavilələr hər biri 11 tanker SOCAR məhsulu alan iki şirkətlə bağlanıb.

Hürr Tərcüman

 

Избранный
23
hurriyyet.az

1Источники