Azərbaycan qadın futbol yığmasının üzvləri məktəblilərlə görüşüblər.

Offsideplus.az xəbər verir ki, onlar 189-190 saylı məktəbin şagirdləri ilə görüşüblər.

Görüşə AFFA U-12 Liqasının və Məktəbli qızlar turnirinin iştirakçıları olan şagirdlər qatılıblar.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Görüşdə milli komandanın baş məşqçisi Siyasət Əsgərov, eləcə də futbolçulardan Milana Rəhimova, Sara Səlimova və Mədinə Çuruqova iştirak ediblər.