"Qarabağ"ın futbolçusu Mateus Silva Braziliya klubunun maraq dairəsindədir.
QOL.az xəbər verir ki, 28 yaşlı müdafiəçiyə ölkəsinin "Vitoriya" klubundan təklif var.
Məlumatı Braziliyanın "Arena Rubre-Neqro" kanalı yayıb. Xəbərdə bildirilir ki, Silvanı "Vitoriya" heyətinə cəlb etməyə çalışır. A seriyası təmsilçisinin "Qarabağ"la ilkin danışıqlarının olması, lakin hələlik razılıq əldə olunmadığı bildirilib. Qeyd olunub ki, Mateusun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsinin olması işi çətinləşdirir.
Qeyd edək ki, Mateus Silva 2023-cü ilin yayında Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan "Qarabağ"a transfer edilib. O, bu mövsüm Aödam klubunda 23 oyun keçirib və 1 qol vurub.
Xatırladaq ki, Braziliyanın daha bir klubu “Botafoqo” "Qarabağ"ın futbolçusu Pedro Bikalyonu heyətinə cəlb etməyə çalışır.