RU

"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Mateus Silva Braziliya klubunun maraq dairəsindədir.

QOL.az xəbər verir ki, 28 yaşlı müdafiəçiyə ölkəsinin "Vitoriya" klubundan təklif var.

Məlumatı Braziliyanın "Arena Rubre-Neqro" kanalı yayıb. Xəbərdə bildirilir ki, Silvanı "Vitoriya" heyətinə cəlb etməyə çalışır. A seriyası təmsilçisinin "Qarabağ"la ilkin danışıqlarının olması, lakin hələlik razılıq əldə olunmadığı bildirilib. Qeyd olunub ki, Mateusun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsinin olması işi çətinləşdirir. 

Qeyd edək ki, Mateus Silva 2023-cü ilin yayında Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan "Qarabağ"a transfer edilib. O, bu mövsüm Aödam klubunda 23 oyun keçirib və 1 qol vurub.

Xatırladaq ki, Braziliyanın daha bir klubu “Botafoqo” "Qarabağ"ın futbolçusu Pedro Bikalyonu heyətinə cəlb etməyə çalışır.

Избранный
27
1
teleqraf.com

2Источники