Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Qazaxıstanın dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında iki ölkə arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin genişlənməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Bu xüsusda, Azərbaycan Prezidentinin oktyabrda Qazaxıstana dövlət səfəri, həmçinin Kasım-Jomart Tokayevin Azərbaycana səfəri məmnunluqla xatırlanıb.
Dövlət başçıları əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.