Bu gün İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İsrail Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.