RU

1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a verilən məlumata görə, qaz sızmasının aradan qaldırılması məqsədilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 1000 abonentin qaz təchizatı 16:30-dan etibarən, müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Избранный
36
21
bakivaxti.az

10Источники