Boşanma prosesi zamanı ailə üzvlərini düşündürən məsələlərdən biri alimentlə bağlıdır.
Boşanan şəxsləri narahat edən məsələlərdən biri də odur ki, məhkəməyə getmədən aliment almaq olarmı?
Məsəslə ilə bağlı hüquqşünas Rəşidə Bağırova "Cebheinfo.az"-a bildirib ki, Ailə Məcəlləsinin 75.3 maddəsinə əsasən, bunun üçün aliment sazişi olmalıdır:
"Yəni uşaqların və ailənin digər üzvlərinin maddi təminatını təmin etmək məqsədilə valideynlər və ya digər məcburi qaydada aliment ödəməli olan şəxslər arasında bağlanılan rəsmi razılaşma nəzərdə tutulur. Bu saziş həmçinin alimentin məbləğini, ödənilmə qaydasını və müddətini müəyyən edir ki, bunun üçün də məhkəməyə müraciət getməyə ehtiyac qalmır”.