RU

Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən sakinlərlə görüşüblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, sahəsi 13 hektardan çox olan kompleks 11 məhəllədən və 60 binadan ibarətdir.

Kompleksdə ümumilikdə 1 268 mənzil var. Dekabr ayında 104 ailənin (426 nəfər), 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1 164 ailənin (4 772 nəfər) köçürülməsi planlaşdırılır.

Mənzillər daimi su, elektrik, istilik, isti su və sürətli internetlə təmin olunub. Ərazidə daxili yollar, uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü dayanacaqlar yaradılıb.

Qeyd olunur ki, kompleksin təməli 2023-cü ildə qoyulub və layihə işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin mərhələli və dayanıqlı məskunlaşmasına xidmət edir.

Избранный
30
anews.az

1Источники