RU

Kuryerdən 160 min avroluq SOYĞUN: Nadir sapfir OĞURLANDI – FOTO

Parisdə kuryerdən 160 min avroluq sapfir oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb. Cinayətkar zərərçəkənin başına zərbə endirərək qaçıb, polis axtarış aparır.

Məlumata görə, Fransanın paytaxtı Parisdə kuryerə hücum edilib və ondan ümumi dəyəri 160 min avro olan qiymətli əşyalar oğurlanıb.

Oğurlanan əşyalar arasında dəyəri 150 min avro (təxminən 272 min manat) olan sapfir daşı və 10 min avroluq (təxminən 18 min manat) qızıl zinət əşyaları olub.

Hadisə dekabrın 22-də qeydə alınıb. Cinayətkar kuryer avtomobildən düşərkən onun başına zərbə endirib, zərgərlik mağazası üçün aparılan malları ələ keçirib və hadisə yerindən qaçıb.

Xəsarət alan kuryer xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
78
interpress.az

1Источники