RU

İsveç tezliklə Ukrayna üçün yeni hava hücumundan müdafiə paketini elan edəcək

BAKI, 24 dekabr. TELEQRAF

İsveç tezliklə Ukrayna üçün yeni hava hücumundan müdafiə yardım paketini elan edəcək.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal X sosial şəbəkəsində yazıb.

O, isveçli həmkarı Pol Consonla telefon danışığı apardığını və söhbət zamanı Gripen təyyarələrinin tədarükü prosesini ətraflı müzakirə etdiklərini qeyd etdi.

"Ukraynalı pilotların və texniki heyətin təliminə başlamağa hazırlaşırıq. Çərşənbə axşamı Rusiyanın həyata keçirdiyi kütləvi hava hücumu barədə həmkarıma məlumat verdim. F-16 təyyarələri düşmənin 35 qanadlı raketinin əksəriyyətini məhv etdi. İsveçin hava imkanlarımızın gücləndirilməsinə verdiyi əhəmiyyətli töhfəni qeyd etdim. Bunun üçün təşəkkür edirəm."

"Bu sahədə sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. Tezliklə İsveçin Ukrayna üçün yeni hava hücumundan müdafiə yardım paketini elan etməsi gözlənilir. Ukraynalıların həyatını xilas edən yardıma görə İsveçə səmimi qəlbdən təşəkkür edirəm. İsveçə davamlı dəstəyinə və səmimi tərəfdaşlığına görə təşəkkür edirəm", - deyə Şmıxal qeyd edib.

Избранный
63
1
teleqraf.com

2Источники