Liviya Baş Qərargahının nümayəndə heyətini daşıyan, Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutuları" Türkiyədə yoxlanılacaq. Lakin daha ətraflı təhlil üçün neytral ölkəyə göndəriləcək.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu "X" səhifəsində yazıb.
O bildirib ki, istintaq başa çatdıqdan sonra hadisənin bütün təfərrüatı tam şəffaflıqla açıqlanacaq.