Xalq artisti Emin Ağalarov Prezident İlham Əliyevin ad günündə iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Emin ölkə başçısı ilə çəkdirdiyi fotoya "Əziz Prezident, ad gününüz mübarək" sözlərini yazıb.
Fotoda Emin Ağalarovun əkizləri Əli və Mikayıl da yer alıb.