Video təbrikin hazırlanmasında "Open Opera Ukraine" layihəsinin və Milli Musiqi Evinin peşəkar ukraynalı musiqiçiləri də iştirak ediblər.
Video Kiyevdəki "Zoloti Vorota" metro stansiyasında çəkilib.
...Səslərimiz - Almaniya, Fransa və Böyük Britaniya səfirlikləri, eləcə də Ukrayna sənətçiləri - ukraynalılara dəstək və həmrəylik əlaməti olaraq "Şçedrık"də birləşir. Bir əsrdən çoxdur ki, ukraynalı bəstəkar Nikolay Leontoviçin əfsanəvi "Şçedrık" əsəri Miladın simvolu kimi bütün dünyada səslənir. Artıq 1919-cu ildə onun titrəyən polifoniyası Avropanın, daha sonra isə Amerikanın qəlbini fəth etmiş, Ukraynanı dünyaya özünəməxsus səsi olan müstəqil bir millət kimi göstərmişdir. Və bu günə qədər insanları valeh etməyə davam edir.
Bunu Almaniya səfirliyi qeyd edib.
Əli Babayev