RU

Əfqan polisinin keçmiş rəhbəri Tehranda öldürüldü

Tehranda əfqan polisinin keçmiş rəisinə sui-qəsd edilib.

"Yeni Sabah" əsr-e iran-a istinadla xəbər verir ki, İkramuddin Səri 2021-ci ildə "Taliban" hakimiyyətə gəldikdən sonra İrana köçmüşdü.

O, Əfqanıstan Respublikası dövründə Bağlan və Taxar əyalətlərinin polis rəisi olub.

Səri və yol yoldaşlarının olduğu avtomobil Tehranda naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində bir nəfər yerindəcə keçinib, Səri özü isə ağır yaralarla xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.


Telegram kanalımız
Избранный
75
yenisabah.az

1Источники