RU

Qəzaya uğrayan AZAL təyyarəsinin Bakıda çəkilən son VİDEOsu yayıldı

Qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin havaya qalxmazdan əvvəl Bakıda - Heydər Əliyev Beynəlxalq Hava Limanında lentə alınmış son görüntüləri sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, kadrlarda təyyarənin uçuşa hazırlıq mərhələsində olduğu, ekipaj və texniki heyətin adi qaydada fəaliyyət göstərdiyi əks olunub. Görüntülər qısa müddətdə sosial platformalarda geniş müzakirələrə səbəb olub və faciədən öncəki son anlar kimi təqdim edilir.

Paylaşılan video sərnişinlərdən biri tərəfindən Bakıda çəkilib.

Xatırladaq ki, sözügedən AZAL təyyarəsi 2024-cü il dekabrın 25-də məcburi enişə cəhd edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar olub, qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılıb.

Milli.Az

Избранный
58
5
milli.az

6Источники