RU

"Azərbaycan azad edilmiş ərazilərdə müvəqqəti deyil, dayanıqlı və planlı həyat qurulur" - ŞƏRH EDİLDİ

"Ağdamda 2-ci yaşayış kompleksinin istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən dövlət siyasətinin artıq postmünaqişə mərhələsindən sistemli inkişaf və dayanıqlı məskunlaşma mərhələsinə keçdiyini aydın şəkildə nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu addım təkcə infrastruktur layihəsi deyil, həm də siyasi, sosial və strateji məzmun daşıyan kompleks dövlət yanaşmasının bariz nümunəsidir: "Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan dövləti azad edilmiş ərazilərdə bərpa prosesini sadəcə fiziki quruculuqla məhdudlaşdırmır. Müasir şəhərsalma standartlarına uyğun yaşayış komplekslərinin inşası, sosial infrastrukturların paralel şəkildə yaradılması və mərhələli köçürmə mexanizmi göstərir ki, məqsəd uzunmüddətli və geri dönməz yaşayış mühitinin formalaşdırılmasıdır. Bu isə keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışını yalnız emosional deyil, real və təhlükəsiz prosesə çevirir. Siyasi baxımdan Ağdamdakı bu layihə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü praktiki müstəvidə möhkəmləndirməsinin davamıdır. Dövlət başçısının və birinci xanımın açılış mərasimində iştirakı bu prosesin şəxsi nəzarət altında və strateji prioritet statusunda olduğunu göstərir. Bu, həm daxili ictimai rəyə, həm də beynəlxalq ictimaiyyətə verilən açıq mesajdır: Azərbaycan azad etdiyi ərazilərdə qalıcıdır və bu əraziləri müasir, yaşanılan, inkişaf edən bölgələrə çevirir.

Sosial müstəvidə isə kompleksin infrastrukturu - mənzillərin təminat səviyyəsi, nəqliyyat, parklanma, idman və istirahət zonaları - əhalinin gündəlik həyat keyfiyyətinə hesablanıb. Bu yanaşma gələcəkdə sosial gərginlik risklərini minimuma endirir, cəmiyyətin bu ərazilərə adaptasiyasını sürətləndirir və bölgədə sosial sabitliyin formalaşmasına xidmət edir. Strateji aspektdə isə bu cür yaşayış kompleksləri Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanmasının əsas sütunlarından biridir. Əhali məskunlaşdıqca əmək bazarı formalaşır, xidmət və istehsal sahələri yaranır, dövlət investisiyaları öz-özünü iqtisadi aktivliklə təmin edən modelə keçir. Bu, bölgənin təkcə bərpa edilən deyil, inkişaf edən və ölkənin ümumi iqtisadi sisteminə inteqrasiya olunan əraziyə çevrilməsi deməkdir.

Ağdamda 2-ci yaşayış kompleksinin istifadəyə verilməsi Azərbaycanın postmüharibə dövründə seçdiyi siyasi xəttin-güclü dövlət, sosial məsuliyyət və uzunmüddətli inkişaf strategiyasının-ardıcıl və planlı şəkildə həyata keçirildiyini göstərir".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
19
1
sia.az

2Источники