Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi 2026-cı il parlament seçkilərində müstəqil iştirak edəcək...
Levon Ter-Petrosyan tərəfindən yaradılmış ErmənistanMilli Konqresi (ANK) 2026-cı il parlament seçkilərində müstəqil iştirak edəcək.
Poliqon xəbər verir ki, bu barədə "Hraparak" qəzetiməlumat yayıb. Qeyd olunur ki, dekabrın 27-də partiya keçiriləcək bayram tədbirində seçkilərdə iştirak formatını və namizədini elan edəcək.
Qəzetin məlumatına görə, ANK-dən mümkün namizəd partiyanın sədr müavini Zurabyan ola bilər. Partiya üzvü Manukyan isə jurnalistin bu barədə sualına cavab olaraq tədbirdə iştirak etməyi təklif edib və bildirib ki, “bütün məsələlər orada aydınlaşacaq”.
Poliqon.info