Bakı. Trend:
Hindistanın cənubunda yerləşən Karnataka ştatında ağır yolqəzası baş verib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, sərnişin avtobusunun yük maşını ilətoqquşması nəticəsində azı 9 nəfər həlak olub, 20-dən çox insanxəsarət alıb.
Məlumata görə, toqquşmadan sonra avtobus alışaraq yanmağabaşlayıb. Həmin an sərnişinlərin çoxu yatdığından nəqliyyatvasitəsini tərk edə bilməyiblər.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiyayagörə, yük maşını yol ayırıcında anidən əks-hərəkət istiqamətinəçıxaraq avtobusla toqquşub.