"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yeni Avis 2 informasiya sistemində xidmət modulunun növbəti relizinin yaradılması" üçün tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderdə qalib şirkət "EDİSOFT AZ OÜ" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir. Təklifin qiyməti 2 milyon 830 min manatdır, halbuki ehtimal olunan qiymət 2 milyon 835 min manat idi.
"Edisoft" 1990-cı illərdə Estoniyada qurulmuş və şirkətlərin sənədləri kağızsız, təhlükəsiz və asanlıqla mübadilə etməsini mümkün edən proqram təminatının hazırlanması ilə fəaliyyətə başlamışdır. “Qaraj startapı” olaraq fəaliyyətə başlayaraq, tədricən beynəlxalq bazarlarda – Avropadan Asiya və Yaxın Şərqə qədər – fəaliyyət göstərən böyük bir İT şirkətinə çevrilmişdir.