Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, Qardağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.
Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Löbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən bir ölüb. Bir neçə nəfərin isə yaralandığı bilidirilir.
Mehman Əsədov
Milli.Az