Operativmedia saytına istinadən ain.az xəbər verir.
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesi davam edir. Müraciətlərin qəbulu üçün son tarix 29 yanvar 2026-cı il olaraq müəyyən edilib.
Operativ Media "WUF13 Azerbaijan" X səhifəsinə istinadən xəbər verir ki, Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara Forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.
Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur:
Şəbəkələşmə (Networking);
Vahid BMT (One UN);
Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action);
Şəhər kinoteatrı (Urban Cinema);
Şəhər Kitabxanası (Urban Library);
Şəhərlərin Səsi (Voices from Cities);
WUF Akademiyası (WUF Academy).
Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.