Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlara güzəştlər tətbiq edilib.
Modern.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.
Onun sözlərinə görə, ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlar üzrə 681 sosial təhsil tələbə krediti (TTK) müqaviləsinə 50 faiz, 1679 standart TTK müqaviləsinə isə 25 faiz güzəşt tətbiq olunub.
O bildirib ki, indiyədək 13 254 tələbə TTK-dan yararlanıb. Ümumilikdə bağlanmış müqavilələrin sayı 34 908 təşkil edib. Sədr əlavə edib ki, kreditlərin verilmə qaydasına əsasən normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır.
B.Əzimov qeyd edib ki, ümumilikdə 761 min manata yaxın kredit vəsaiti dövlət tərəfindən bağışlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.