RU

BakuBus avtobuslarında artıq NFC, Apple Pay və Google Pay ilə ödəniş etmək mümkündür

ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

BakuBus avtobuslarında artıq NFC, Apple Pay və Google Pay ilə ödəniş etmək mümkündür

Dekabrın 25-dən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

Yeni sistem çərçivəsindəki əsas yeniliklərdən biri ardıcıl ödənişlərin imkanlarının genişləndirilməsi oldu, bu barədə Oxuməni.az, AYNA-ya istinadən məlumat yayıb.

Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır. 


Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.

Layihənin pilot mərhələsi dekabrın 20-də ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
28
oxumeni.az

10Источники