RU

PSJ "Real"dan qisas ala biləcək?

PSJ "Real"ın müdafiəçisi Antonio Rüdigerlə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Paris klubu 32 yaşlı futbolçunu yayda Madrid klubundan azad agent statusu ilə ayrılmağa razı salmaq üçün ona sərfəli müqavilə təklif etməyə hazırdır. Fransa nəhənginin rəhbərliyi hesab edir ki, gənc futbolçuların üstünlük təşkil etdiyi komandaya Rüdiger kimi təcrübəli bir lider lazımdır.

Antonio 2025/26 mövsümündə "Real"ın heyətində bütün turnirlər üzrə 7 oyunda meydana çıxıb. Almaniyalı müdafiəçinin Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. "Transfermarkt" portalı Rüdigerin bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Избранный
76
20
publika.az

10Источники