RU

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri AÇIQLANDI

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, 2026-cı ildə iki Günəş və iki Ay tutulması müşahidə olunacaq.

“İlin ilk tutulması 17 fevralda baş verəcək. Bu, halqalı Günəş tutulması olacaq. Növbəti tutulma 3 mart tarixində qeydə alınacaq. Həmin gün tam Ay tutulması müşahidə olunacaq. 12 avqustda isə tam Günəş tutulması baş verəcək. İlin son tutulması 28 avqust tarixində olacaq. Bu, qismən Ay tutulması kimi müşahidə ediləcək”, - məlumatda qeyd olunub.

Bizim.Media

Избранный
38
19
bizim.media

10Источники