RU

Qırğızıstan bu il 13 ölkə ilə diplomatik münasibətlər qurub

Bakı, 25 dekabr, AZƏRTAC

Bu il Qırğız Respublikası 13 ölkə ilə diplomatik əlaqələr quraraq diplomatik şəbəkəsinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib.

AZƏRTAC Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qırğız Respublikasının diplomatik münasibətlər saxladığı ölkələrin ümumi sayı 185-ə çatıb.

2025-ci ildə Qvineya-Bisau, Botsvana, Burkina Faso, Beliz, Somali, Honduras, Esvatini, Qabon, Papua Yeni Qvineya, Baham adaları, Cənubi Sudan, Tanzaniya, San-Tome və Prinsipi ilə diplomatik münasibətlər qurulub.

Избранный
73
2
azertag.az

3Источники