RU

11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib

2025-ci ilin yanvar – noyabr aylarında (11 ayda) Azərbaycanda fəaliyyət göstərən banklar 1 milyard 58.9 milyon manat xalis mәnfәәt, 1 milyard 651.6 milyon manat mәblәğindә әmәliyyat mәnfәәti әldә etmişlәr.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi Statistik bülleten- Noyabr 2024" buraxılışında bildirilir. 

Qeyd edilib ki. cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265.5 milyon manat mәblәğindә mәnfәәt vergisi ödәnilmişdir (2024-cü ilin analoji dövrü ilә müqayisәdә 14.3% vә ya 33.2 milyon manat daha çox).

Xatırladaq ki, 2024-cü ilin yanvar – noyabr aylarında banklar 966.5 milyon manat xalis mənfəət, 1 milyard 535.8 milyonmanat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər.

Избранный
58
marja.az

1Источники