İspaniyanın "Real Madrid" klubunun futbolçusu Endrik Fransanın "Olimpik Lion" klubuna icarəyə verilib.
Fanat.Az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı ilə müqavilə 30 iyun 2026-cı ilə qədər qüvvədə olacaq.
19 yaşlı Endrik Braziliyanın "Palmeiras" klubunun yetirməsidir və orada 82 oyun keçirib, 21 qol vurub və üç məhsuldar ötürmə edib. 2024-cü ildə o, "Real Madrid"ə keçib və bu mövsüm müxtəlif yarışlarda üç oyun keçirib, qol vurmayıb.