RU

Renat Dadaşov “Qarabağ”a təklif olundu

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşanın “Motor” klubunda çıxış edən millimizin üzvü Renat Dadaşovun karyerasını Azərbaycanda davam etdirə bilər. 

"Cebheinfo.az" xəbər verir ki, qış fasiləsində “Motor”dan ayrılacağı, demək olar ki, dəqiqləşən hücumçu hazırda Premyer Liqa klublarımızla danışıq aparır.

Dadaşovun meneceri onun xidmətini ilk olaraq “Qarabağ”a təklif edib. 

Lakin onun “Zirə”yə keçmək ehtimalı da böyükdür. Çünki baş məşqçi Rəşad Sadıqovun 26 yaşlı forvardı sərəncamında görmək istədiyi vurğulanıb.

Əgər “Qarabağ” Dadaşovun xidmətində maraqlı olmasa, o zaman “Zirə” futbolçunun meneceri ilə danışıqları intensivləşdirəcək.

Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Lakin Lyublin klubu həmyerlimizi transferə çıxarıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
9
cebheinfo.az

10Источники