RU

UEFA “Atletik”i cərimələyib

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

İspaniyanın “Atletik” klubu “Qarabağ”a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda azarkeşlərin yol verdikləri pozuntulara görə cərimələnib. Avropa futbol qurumu Bilbao komandasına 10 min avro cərimə tətbiq edib.

Buna sözügedən qarşılaşmada azarkeşlərin UEFA İntizam Qaydalarının 16 (2) maddəsinə əməl etməməsi səbəb olub.

İspaniya təmsilçisi “İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” (xüsusilə siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) səbəbindən cəzalandırılıb.

Xatırladaq ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. “Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
4
xalqqazeti.az

10Источники