RU

Atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, M.Əmirovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Murad Əmirov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsində evdə qeydə alınıb.

"Cebheinfo.az"

Избранный
41
5
cebheinfo.az

8Источники