RU

Gömrük Komitəsi ilə iqtisadçı arasında qarşıdurma - Ləğv olunsun?

“Gömrük Komitəsinə ümvanladığım tənqidlərə, bu qurumun ayrıca, müstəqil xidmət kimi fəaliyyətinə ehtiyac olmadığına, Gömrük Komitəsinin ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinin nəznində kiçik bir departament kimi, özü də, vətəndaşla birbaşa təmas qurmadan fəaliyyət göstəməsini təkliflərinə DGK-dən cavab veriblər. Əvvala, cavabla heç razı olmasam da, faktın özünə görə, diskussiyaya daxil olmaq cəhdlərinə görə təşəkkür edirəm”.

Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin iş fəaliyyətində xeyli uyğunsuzluqlar var:

“Əsas tezisləri odur ki, rüşvət, korrupsiya vicdan məsələsidir, hər yerdə var, bu problemə qarşı mübarizə aparılır.

Hörmətli DGK, rüşvət, korrupsiya vicdan məsələsi deyil, sistem və idarəetmə məsələsidir, vicdan mənəvi kateqoriyadır, bunun rüşvət və korrupsiya ilə heç bir əlaqəsi yoxdur və ölkəmizdə bunu sübut edən örnəklər var.

Məsələn, cəmi 20 il öncə ölkədə xarici pasport almaq zülm idi, vətəndaş gecədən növbəyə dururdu, növbənin özü belə satılırdı, əgər pasportu tez almaq istəyirdinsə, 200-300 manat rüşvət vermək lazım idi, açıq şəkildə alver gedirdi və bu vicdansızlıq deyil də, “oyun qaydası” idi”.

N.Cəfərli bir daha vurğulayıb ki, DGK-nin müstəqil qurum kimi fəaliyyətinə ehtiyac yoxdur:

“ASAN Xidmət yaradıldı, indi pasportu növbəsiz, zamana uyğun əsnək tariflə, rəsmi ödənişlə növbəsiz alırsan, gülərüz işçilər tərəfindən xidmət görürsən.

Hörmətli DGK, tək elə bu misalda, sizcə vicdan yuva saldı insanlarda, ya “oyun qaydası”, sistem dəyişdi?!

Gömrük Komitəsinin ayrıca qurum kimi işləməsi, özlərinin istintaq və cəza qurumlarının mövcud olması effektiv deyil, sistem və yanaşma dəyişməlidir. Paralel olaraq da, sıfırdan yeni Gömrük Məcəlləsi yazılıb, qəbul edilməlidir”.

Qeyd edək ki, DGK mayoru İqbal Səfərov, Natiq Cəfərlinin qurumun ləğvi ilə bağlı təklifinə cavab verib. O, iqtisadçının fikirlərini qeyri-dəqiq adlandırıb.

“Məsələni yalnız “struktur kökündən ləğv edilməlidir” müstəvisinə gətirmək obyektiv yanaşma deyil. Ekspert mövqeyi faktlara söykənməlidir.

Hansısa bir qurumun ləğv edilməsi, birləşdirilməsi və ya formatının dəyişdirilməsi məsələsi dövlətin biləcəyi məsələdir! Bu, emosional yazılarla yox, strateji qərarlarla həll olunur!

Yazı yazmazdan öncə məlumatların dəqiqləşdirilməsi də bu məsuliyyətin bir hissəsidir”, - İ.Səfərov vurğulayıb.

Избранный
20
6
hurriyyet.az

9Источники