RU

Ağdamda inşa olunacaq mebel zavodunda Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə ediləcək

Ağdam. Trend:

Ağdamda inşa olunacaq mebel zavodunda Türkiyə, Almaniya və Çintexnologiyalarından istifadə ediləcək.

Trend-inQarabağ bürosunun məlumatına görə, bu barədə Prezidentin izi iləAğdama təşkil olunmuş mediatur zamanı "Saloğlu Qarabağ" MMC-ninkommersiya direktoru Elşən Bayramlı jurnalistlərə açıqlamasındabildirib.

E.Bayramlının sözlərinə görə, müəssisə Ağdam Sənaye Parkının 1hektar ərazisində yaradılacaq. Zavodda mebel istehsalı, o cümlədənmüxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq mebel, eləcədə metal mebel aksesuarlarının istehsalı nəzərdə tutulur. İstehsalprosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadəediləcək.

Bildirilib ki, zavodun illik istehsal gücü 4 min dəst mebel və 6min ədəd metal mebel aksesuarı təşkil edəcək. İstehsal olunanməhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac üçün dəyönəldiləcək.

İnvestisiya dəyəri 8 milyon manat olan layihəninmaliyyələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyindəAzərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kreditinayrılması nəzərdə tutulur. Müəssisə, həmçinin sənaye parkınınrezidentlərinə təqdim olunan bütün vergi və gömrük güzəştlərindənyararlanacaq. Zavodun fəaliyyətə başlaması ilə 50 nəfər üçün daimiiş yerinin yaradılması planlaşdırılır.

Избранный
80
13
az.trend.az

10Источники