
ABŞ-nin Azərbaycandakı səfirliyi AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümü ilə bağlı başsağlığı verib.
Missiya.Az-ın məlumatına görə, səfirlik bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
"Bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinin 8243 saylı reysi zamanı həyatını itirənləri anırıq və kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın qəhrəmanlığını unutmadıq. Onların gördükləri tədbirlər daha çox günahsız insanın həyatını itirməsinin qarşısını aldı. ABŞ adından həyatını itirmiş 38 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciədən sağ çıxanlara isə səmimi qəlbdən ən xoş arzularımızı çatdırırıq", - məlumatda qeyd olunub.