RU

Çövkən üzrə Prezident Kubokunun qalibi məlum olub - FOTO/VİDEO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən üzrə 12-ci Prezident Kuboku başa çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) məlumat yayıb.

Bildirilib ki, finalda “Elit” komandası “Polad”ı 3:2 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda görüşdə isə “Sərhədçi” “Embawood”dan üstün olub - 2:1.

Mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif ediliblər. “Elit” komandasına həmçinin Prezident Kuboku təqdim olunub.

İdman.Biz
Избранный
32
3
idman.biz

4Источники