RU

Yuxusuzluğa qalib gəlməyin yolu – Səhərlər KREATİN İÇİN

Səhərlər kreatin qəbul etmək insanı “enerji bombası”na çevirir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Alimlər bu maddəni yorğun hüceyrələrin “yanacağı” adlandırırlar, lakin yuxunu əvəz etməməsi barədə xəbərdarlıq edirlər.

Məlumata görə, səhər saatlarında kreatin qəbul etmək orqanizmi enerji ilə doldurur və hətta cəmi 3-4 saatlıq yuxudan sonra belə insanı olduqca gümrah və hərəkətli edir.

Alimlər kreatini yorğun hüceyrələr üçün “yanacaq” adlandırırlar.

Bildirilir ki, yuxusuzluq zamanı beyin ATF-i (adenozintrifosfat – enerji mənbəyi) inanılmaz sürətlə yandırır, kreatin isə bu “ehtiyatları” sürətlə bərpa etməyə kömək edir.

Mütəxəssislər kreatinin əsas faydalarını belə sıralayıb:

  • Hüceyrələrdəki enerji akkumulyatoru sayılan ATF-i tez bərpa edir;

  • Yuxu zamanı sinir sisteminin bərpasını sürətləndirir, stresə və fiziki yüklənmələrə qarşı davamlılığı artırır;

  • Koqnitiv (zehni) funksiyaları yaxşılaşdırır, beyindəki “dumanı” yox edir. İnsanlar sanki “ikinci nəfəs”in açıldığını hiss edirlər.

Bununla belə, ekspertlər tam dəyərli yuxuya etinasız yanaşmamağı və kreatindən istirahət əvəzi kimi istifadə etməməyi, ən əsası isə bu əlavədən sui-istifadə etməməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
21
interpress.az

1Источники