RU

ABŞ gücləndikcə Avropa geriləyir, parçalanmağa doğru gedir

Macarıstanın baş naziri Viktor Orban mətbuata açıqlamasında Ukrayna-Rusiya müharibəsi və Avropa qitəsi ilə bağlı şərh verib.

Publika.az xəbər verir ki, Orban Avropa İttifaqının (Aİ) dağılma prosesində olduğunu bildirib.

"20 il əvvəl Aİ-nin iqtisadi gücü ABŞ-ın gücünə yaxın idi, lakin bu gün ABŞ gücləndikcə Avropa geriləyir. Baş verənlər Brüssel bürokratiyasının imperiya ambisiyalarının güclənməsi ilə eyni vaxtda irəliləyən parçalanma prosesidir. Qərarlar Brüsseldə qəbul edilir, lakin üzv dövlətlərdə tətbiq olunmur və beləliklə, birlik dağılır”, - o qeyd edib.

2025-ci ilin Avropanın son sülh ili olub-olmayacağı ilə bağlı suala cavab olaraq Orban "hə" cavabını verib: "Bu ehtimalı istisna etmək olmaz. Biz sülhə öyrəşmişik. Avropa qitəsində müharibənin nüvə fəlakətinə çevrilməsi qorxusu qitə əhalisini uzun müddət müharibələrdən uzaq tutub. Amma indi tamamilə fərqli bir dünya formalaşır".

Избранный
54
publika.az

1Источники