RU

"Kəpəz" futbolçu seçimlərinə başlayır

“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.

Apasport.az xəbər verir ki, klub 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir. Seçimlər 2026-cı il yanvarın 3-ü və 4-ü tarixlərində təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

Seçimlərdə iştirak etmək istəyənlərdən aşağıda göstərilən mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Əlaqə nömrəsi: 051 872 13 15

Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi

I Liqa: İlin son oyunları keçiriləcək

“İmişli”dən ilin ilk transferi - razılaşma əldə olunub

“Karvan-Yevlax” “Kəpəz”lə üz-üzə gələcək

Murad Musayev ilin məşqçisi seçilib

Избранный
27
5
apasport.az

10Источники