RU

Avstraliyada növbəti antisemitizm aktı

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, “ABC News” telekanalının məlumatına görə, damında “Happy Hanukkah” yazısı olan boş avtomobil binalardan birinin girişinin yaxınlığındakı piyadalar üçün nəzərdə tutulmuş ərazidə dayanıb. Telekanalın məlumatına görə, yerli vaxtla səhər saat 2:50 radələrində polis yanğın yerinə təcili yardım briqadasını göndərib və bina sakinləri təxliyə edilib. “Hadisə ilə bağlı araşdırma aparılır. Detektivlər istintaqa kömək edə biləcək şəxsi müəyyənləşdiriblər. Onun axtarışı və yerinin müəyyənləşdirilməsi ilə bağlı fəallıq nümayiş etdirirlər”, - xəbərdə deyilir.

Sidney qətliamını ata və oğul törədiblər | VİDEO

Xatırladaq ki, dekabrın 14-də Avstraliyanın Yeni Cənubi Uels ştarının paytaxtı Sidney şəhərində terrorçular - daha sonra polislə atışmada öldürülən 50 yaşlı Sacid Əkrəm və onun Filippində təlim keçmiş 24 yaşlı oğlu Navid insanların Hanukka bayramını qeyd etdiyi Bondi çimərliyində atəş açaraq 16 nəfəri öldürüblər. Hadisə zamanı daha 42 nəfər, o cümlədən 4 uşaq və iki polis yaralanıb. Sağ qalan 24 yaşlı Navid terror aktı törətməkdə, 15 qətldə və çoxsaylı hücumlarda ittiham olunur. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
azvision.az

1Источники