RU

Paşinyan Zəngəzur dəhlizinun tikinti vaxtını AÇIQLADI

Belə görünür ki, TRIPP ("Tramp marşrutu" – Zəngəzur dəhlizi) layihəsi çərçivəsində işlərə 2026-cı ilin ikinci yarısında başlayacağıq.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində deyib

O, ilk layihənin dəmir yolunun tikintisi olacağını söyləyib.

"Bizim fikrimizcə, dəmir yolu birinci olmalıdır, çünki müvafiq marşrutlar keçmişdə fəaliyyət göstərib", - deyə Paşinyan qeyd edib. O, qaz və neft boru kəməri layihələrinin planlaşdırılandan daha tez başa çatacağı ehtimalını istisna etməyib.

Baş nazir bildirib ki, hazırda layihənin həyata keçirilməsi üçün çərçivə formalaşdırılır və Ermənistan və ABŞ müvafiq sənədi imzalamağa hazırlaşır, bundan sonra TRIPP layihəsinin növbəti mərhələsi başlayacaq.

O, əlavə edib ki, regionda kommunikasiyaların açılması birbaşa sərhəd delimitasiyası ilə bağlıdır.

Paşinyan izah edib ki, müəyyən hissədə hər hansı bir infrastruktur (dəmir yolu, qaz və neft boru kəmərləri və s.) tikiləcəksə, tikintiyə başlamazdan əvvəl dövlət sərhədini dəqiq müəyyənləşdirmək vacibdir, çünki bunun təşkilati, iqtisadi, hüquqi və digər nəticələri var.

Избранный
65
modern.az

1Источники