RU

“Xankəndi-1” elektrik yarımstansiyasında ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub

Bakı.Trend:

“Xankəndi-1” elektrik yarımstansiyası işğaldan azad edilmişərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalıtipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, ocümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Trend-inQarabağ bürosunun xəbərinə görə, bunu AzərEnerji” ASC-ninİctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev medianümayəndələrinə açıqlamasında bildirib.

O qeyd edib ki, 110/35/10 kV-luq “Xankəndi-1” elektrikyarımstansiyası Prezident İlham Əliyevin işğaldan azad olunmuşərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturununyaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərindəmüasir şəhər şəbəkəsi modelinə uyğun tikilib.

"Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulmasıüçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdənkeçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Yarımstansiyadaən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub.Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləritərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub.Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların realvaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təminedir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavəndrayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq",-deyə oəlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndişəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1”elektrik yarımstansiyasının açılışında iştirak edib.

Məqalədə:
Избранный
53
6
az.trend.az

10Источники