RU

Beş il ərzində işğaldan azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ildə 8799 ədəd, 2021-ciildə 19561 ədəd, 2022-ci ildə 12913 ədəd, 2023-cü ildə 8529 ədəd,2024-cü ildə isə 6658 ədəd olmaqla, ümumilikdə 5 il ərzində 56460ədəd mina zərərsizləşdirilib.

Trend xəbərverir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin Dayanıqlıİnkişaf Məqsədləri statistik icmalında əks olunub.

Bunlardan 21122-si tank əleyhinə, 35338-i isə piyada əleyhinəminalardır.

2020-2024-cü illər ərzində Ağdam rayonunda 17030 ədəd, Füzulirayonunda 15528 ədəd, Cəbrayıl rayonunda 8913 ədəd, Tərtərrayonunda 4253 ədəd tank və piyada əleyhinə minalarzərəsizləşdirilib.

İşğldan azad olunandan 2024-cü ilin sonunadək Xocalıda 27993ədəd, Xocavənddə 15003 ədəd, Cəbrayılda 12304 ədəd, Xankəndidə12038 ədəd digər partlayıcı sursatlar zərərsizləşdirilib.

2020-2024-cü illər ərzində işğaldan azad edilmiş ərazilərdə minavə digər partlayıcı sursatların təmizlənməsi nəticəsində ümumilikdə179791,9 hektar sahə təhlükəsiz vəziyyətə gətirilib.

Избранный
65
2
az.trend.az

3Источники