ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbiri müzakirələrə səbəb olub. Xüsusilə tanınmış karateçi Rafael Ağayevin bura dəvət edilməməsi diqqət çəkib. Əksəriyyət bildirir ki, tədbirə Şükran Soltanov, Kamil Zeynallı, həmçinin müğənni və blogerlər deyil, məhz Rafael Ağayev dəvət olunmalı idi. İdmançı isə yerli mediaya açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, Rafael Ağayevin nazirliyin “qara siyahısı”nda olub-olmaması barədə məlumat yoxdur:
“Düşünmürəm ki, nazirliyin belə siyahısı olsun. Blogerlərin dəvət olunması isə normaldır, çünki hər hansı tədbir mediada işıqlandırılmalıdır. Təbii ki, Rafael Ağayev kimi böyük idmançımız da orada olmalı idi. Açığı, səbəbləri haqqında məlumatım yoxdur”.
Jurnalist əlavə edib ki, Rafael Ağayev hər hansı nominasiyada iştirak etməsə belə, ən azı qonaqlar siyahısında yer almalı idi:
“Onun tədbirdə olmaması boşluqdur. Nazirlik bu barədə açıqlama verəndən sonra məsələ ilə bağlı daha dolğun məlumat əldə edə biləcəyik. Rafael Ağayev Azərbaycan idmanının ulduzlarındandır və gənclər üçün nümunədir. Ümid edirəm ki, problem varsa, qısa müddətdə həll olunacaq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.