RU

Prezident Ərdoğanın müəllimi vəfat edib

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ibtidai sinif müəllimi olmuş Ergün Sönməz İsveçrədə vəfat edib.

Sherg.az xəbər verir ki, 1960-cı illərdə Prezident Rəcəb Tayyib Ərdoğana müəllimlik edən Diyarbakırlı Ergün Sönməz uzun illər yaşadığı İsveçrədə dünyasını dəyişib.

Sönməzin cənazəsi doğma yurdu Diyarbakırın Ergani rayonuna gətirilib.

Cənazə namazında AK Parti Ergani İlçə sədri Aziz Yılmaz, mərhumun yaxınları və vətəndaşlar iştirak ediblər.

Cənazə namazından sonra Ergün Sönməz ailə qəbiristanlığında dəfn olunub.

Ergün Sönməz 1960-cı illərdə ehtiyat zabit kimi xidmət etdiyi dövrdə Kasımpaşa Piyalepaşa İbtidai Məktəbində müəllimlik edib və həmin illərdə Prezident Ərdoğanın 4-cü və 5-ci siniflərdə müəllimi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
sherg.az

1Источники