RU

Məşhur sovet kino aktrisası Vera Alentova vəfat edib

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.

Bu barədə TASS-a onun uzun illər çalışdığı A.S.Puşkin adına Moskva Dram Teatrından bildirilib.

Aktrisanın ölüm səbəbi bildirilməyib.

Qeyd edək ki, Vera Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub.

Aktrisa bir sıra tamaşa və filmlərdə oynayıb.

Həmçinin o, Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filimindəki rolu ilə şöhrət qazanıb. Film 1981-ci ildə “Ən Yaxşı Xarici Filmi kateqoriyasında “Oskar” qazanıb.

Xatırladaq ki, Vladimir Menşov əslən bakılı olub.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
2
azpost.info

4Источники