RU

Generalın öldürülməsi ilə bağlı yeni detallar üzə çıxdı FOTO

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya mediası İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkoya istinadən bildirib ki, general-leytenant Fanil Sarvarov Moskvada baş verən bomba partlayışında həlak olub.

Svetlana Petrenko deyib: "Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat təlimi şöbəsinin rəisi general-leytenant Fanil Sarvarov aldığı xəsarətlərdən ölüb".

Müstəntiqlərin sözlərinə görə, hərbçi avtomobilin altına qoyulmuş partlayıcı qurğu nəticəsində həlak olub.

Rusiya mediasının iddiasına görə, generalın öldürülməsində Ukrayna kəşfiyyat orqanlarının əli olub.

İlham

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
72
sesqazeti.az

1Источники